"Barselona"nın futbolçusu "Sevilya"ya keçir?

12 Yanvar 2019 01:16 (UTC+04:00)

"Barselona"nın futbolçusu Munir El-Haddadi "Sevilya"ya keçməyə yaxındır. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,23 yaşlı hücumçu "Sevilya"nın təklifini qəbul edib. Hazırda iki klub arasında danışıqların başladığı bildirilib. Qeyd edək ki, Kataloniya təmsilçisinin idman direktoru Qilermo Amor Munirin "Barsa"dan ayrılacağını təsdiqləyib.