52 yaşlı futbolçu klubu ilə yeni müqavilə imzalayıb!

12 Yanvar 2019 00:13 (UTC+04:00)

Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura futbolçu karyerasını sonlandırmaq istəmir. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın "Yakohama" klubunda oynayan 52 yaşlı oyunçu klubu ilə müqaviləni daha bir il uzadıb.

Yaponiya yığmasının sabiq üzvü karyerasında 34-cü mövsümünü keçirəcək.

Qeyd edək ki, Kazuyoşi Miura ən yaşlı futbolçu kimi tarixə düşüb."Yakohama" Yaponiyanın II liqasında çıxış edir.