Tramp açıqladı: "Bu əcnəbilər ABŞ vətəndaşlığı ala biləcəklər"

11 Yanvar 2019 21:41 (UTC+04:00)

Yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da qalması tezliklə sadələşdiriləcək, bu həm də onlara gələcəkdə ABŞ vətəndaşlığı almaq imkanı verəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp"Twitter" səhifəsində yazıb.

"H1-B vizasının (yüksək ixtisaslı mütəxəssis vizaları) sahibləri əmin ola bilərlər ki, qarşıdakı dəyişikliklər onların ABŞ-da qalmalarını, o cümlədən mümkün vətəndaşlıq almalarını asanlaşdıracaq və təmin edəcək. ABŞ işləmək üçün istedadlı və yaxşı hazırlıqlı insanları ölkəyə cəlb etmək niyyətindədir", - Tramp yazıb.