Avropa Şurasının baş katibi olmaq üçün namizədlər açıqlanıb

11 Yanvar 2019 20:05 (UTC+04:00)

Avropa Şurasının Baş katibliyinə 4 nəfər namizədliyini irəli sürüb. Axar.az xəbər verir ki, sözügedən namizədlər Belçika Baş nazirinin müavini, müdafiə naziri, xarici işlər və Avropa məsələləri üzrə naziri Didier Reyners, Litvanın keçmiş Baş naziri Andriues Kibilius, Yunanıstan parlamentinin üzvü, keçmiş xarici işlər naziri Dora Bakoyannis və Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Marija Pejvinovic Buricdir.

Seçkilər bu ilin iyun ayında keçiriləcək, yeni baş katib isə öz səlahiyyətlərinin icrasına oktyabrın 1-dən başlayacaq. Qeyd edək ki, Avropa Şurasının hazırki Baş katibi Törbyorn Yaqlandın səlahiyyəti bu il başa çatır.