Hirkan Milli Parkında daha bir bəbir qeydə alınıb

11 Yanvar 2019 17:46 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb. Məlumatı SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətində veriblər.

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.