Millimizin yeni baş məşqçisi müəyyənləşib - U-21

11 Yanvar 2019 17:51 (UTC+04:00)

Azərbaycanın U-21 millisinin baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi Milan Obradoviçə həvalə olunub.

42 yaşlı mütəxəssis son olaraq, Serbiya milli komandasında məşqçi işləyib.