Dolların qiyməti sabah necə olacaq?

11 Yanvar 2019 17:10 (UTC+04:00)

Manatın yanvarın 14-nə olan məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, 14.01.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, 2019-cu il yanvarın 11-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.