“Tata Steel Masters-2019” turniri başlayıb

11 Yanvar 2019 16:24 (UTC+04:00)

Yanvarın 11-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb. SİA xəbər verir ki, 81-ci dəfə keçirilən turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov (2817) və Teymur Rəcəbov (2757) təmsil edirlər. Turnirdə, həmçinin hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2835), sabiq çempionlar Vişvanatan Anand (2773) və Vladimir Kramnik (2777), ev sahibi Aniş Giri (2783) və ötən il ən yaxşı çıxış edən çinli Dinq Liren (2813) də mübarizə aparırlar.

İsveçrə sistemi üzrə 14 turdan ibarət keçiriləcək turnirin 12 turu Veyk-An-Zeedə təşkil olunacaq. Beşinci turun partiyaları Alkmar, 10-cu turun qarşılaşmaları isə Leyden şəhərlərində oynanılacaq. Yanvarın 27-dək davam edəcək turnirdə ayın 17-si, 21-i və 24-ü istirahət günləridir.

Festival çərçivəsində əsas (“Masters”) turnirlə yanaşı, “Challengers” yarışları da keçiriləcək.

Xatırladaq ki, Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Zee turnirinin qalibi olub.