Nuradan fərqli FOTOSESSİYA

11 Yanvar 2019 16:37 (UTC+04:00)

Müğənni Nura Suri bir müddətdir yenidən start verdiyi yaradıcılıq işlərinə davam edir. SİA-nın məlumatına görə, sənətçi 2019-cu ildə ilk fotosessiyasını və "Dönmək olmur" adlı albomunu təqdim edib. O, eyniadlı mahnıya çəkdirdiyi klipin fotosessiyasını da izləyicilərin ixtiyarına verib.

Qeyd edək ki, sənətçi yaxın günlərdə "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi də təqdim edəcək. Bu ekran işi “Gitme” adlı klipin davamıdır.