Evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb

11 Yanvar 2019 15:02 (UTC+04:00)

Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb. DİN-dən SİA-ya verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.