Frank Riberi zədələnib

11 Yanvar 2019 12:31 (UTC+04:00)

"Bavariya"nın aparıcı futbolçularından hesab olunan Frank Riberi zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin məşqində xəsarət alıb.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır. Almaniya klubunun heyətində fransalı oyunçu ilə yanaşı, Aryen Robben və Korenten Tolisso da zədələdir.

Qeyd edək ki, Riberinin mövsümün sonunda "Bavariya"dan ayrılacağı gözlənilir. Təcrübəli yarımmüdafiəçi daha öncə onu "qızıl steyk"ə görə tənqid edən azarkeşləri söyüb.