Karakanda olayları – erməni təxribatı davam edir ANALİTİK

11 Yanvar 2019 11:58 (UTC+04:00)

Məhz bu amilin özü, ermənilərin daim milli etnik zəmində başqa xalqlara, xüsusilə türksoylulara qarşı hər zaman nifrətlə baxdıqlarını sübuta yetirir

Qazaxıstanın Karakanda şəhərində baş vermiş və qazax gəncin qətli ilə nəticələnmiş erməni təxribatının təfərrüatları məlum olduqdan sonra, bu məsələ Ermənistanın daxilində də çoxsaylı müzakirələrə səbəb olmaqdadır. Daha dəqiq desək, ermənilər hazırda da bütün cəhdlərini sözügedən cinayət hadisəsində “başqa qüvvələrin” əlinin olması iddiaları üzərində qururlar. Belə ki, bundan öncə, Qazaxıstanın erməni diasporunun nümayəndələri yalan və şər informasiyaları ilə hadisə ətrafındakı ictimai rəyi çaşdırmağa çalışmışdılar. Onlar qətlin guya azərbaycanlılar tərəfindən törədildiyini, lakin hüquq-mühafizə orqanlarının həmin “azərbaycanlıları” gizlətməkdən ötrü, onlara erməni ad soyadları verdiklərini həyasızcasına bəyan edirdilər. Lakin rəsmi məlumatlarla çıxış edən hüquq-mühafizə orqanları bu iddiaları dərhal yalanlayaraq, saxlanılanların məhz erməni olduqlarının videogörüntülərini ictimailəşdirərək, çirkin iddialara son qoydu.

Qagik Tsarukyan deputatını Karakandaya niyə göndərdi?

Lakin, Karakanda hadisələri ətrafında ermənilərin məkrli təxribatları təəssüf ki, davam etməkdədir. SİA xəbbər verir ki, Ermənistanın 1news.am saytı “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın partiyasından olan deputat Arman Abovyanı vəziyyətlə tanışlıq üçün Qazaxıstana göndərib. Bununla bağlı erməni deputatının özü də məlumat verib. Lakin həmin məlumatların hər birinin arxasında aşkar erməni xislətinin dayanması göz önündədir. Misal üçün, Abovyan iddia edib ki, guya onun səfəri çərçivəsində “üç faktı” aşkar etmək olubmuş. “Birinci, heç bir milli zəmində qarşıdurmalar baş verməyib. İkinci, dövlətlər və güclər olub ki, onlar bu məsələyə müdaxilə etməyə çalışıblar və Qazaxıstan hakimiyyəti bu məsələyə ciddi köklənərək, qarşıdurmaların baş verməməsi üçün çalışıblar”.

Məhz bu amilin özü, ermənilərin daim milli etnik zəmində başqa xalqlara, xüsusilə türksoylulara qarşı hər zaman nifrətlə baxdıqlarını sübuta yetirir

Beləliklə, erməni deputatının təxribatını belə müəyyən etmək olar – o, milli zəmində qarşıdurmaların baş vermədiyini iddia etsə də, Karakandada və Qazaxıstanın digər şəhərlərində erməni özbaşınalığına və həyasızlığına son qoyulması tələbi ilə küçələrə axışan minlərlə qazax öldürülən gəncin məhz türksoylu olduğuna görə qətlə yetirildiyini bildiriblər. Məhz bu amilin özü, ermənilərin daim milli etnik zəmində başqa xalqlara, xüsusilə türksoylulara qarşı hər zaman nifrətlə baxdıqlarını sübuta yetirir.

Başqa tərəfdən, öz iyrəncliklərini, qaniçənlik və terrorçu baxışlarını başqa millətlərin və xalqların üzərinə atmağa adət etmiş ermənilər indi də Karakanda olayında guya başqa dövlətlərin maraqlarının olması məsələsini ortalığa atmaqla, Ermənistanın təcavüzkar, istilaçı və işğalçılığını gizlətməyə cəhdlər edirlər. Lakin bu cəhdləri də uğursuzdur, çünki onların işğalçılıq və monoetnik siyasət aparmalarını beynəlxalq qurumlar, təşkilatlar da təsdiq ediblər.

Hətta mövcud cinayət faktı ilə yanaşı, ortada ermənilərə xas milli və etnik zəminində düşmənçilik toxumlarının varlığı sübutu ola-ola, aşkar erməni həyasızlığı göz önündədir. Bu fakt uzun illərdir ki, öz təsdiqini tapıb və artıq bütü dünyada sübuta yetirilib ki, ermənilər harada olmalarından, yaşamalarında asılı olmayaraq, həmin xislətlərini dəyişilməyiblər.

Rövşən RƏSULOV