Ülviyyə Əliyeva ərindən "boşandı" AÇIQLAMA

11 Yanvar 2019 11:15 (UTC+04:00)

Əməkdar artist Ülviyyə Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında hazırlanan yeni tamaşada rol alacaq. SİA bu haqda aktrisanın özü açıqlama verib: "Yeni tamaşada rol almışam. Tamaşa "Çarəsiz sərnişinlər" adlanır. Tamaşanı Mehriban Ələkbərzadə qurub. Arvad rolunu canlandırıram. Tamaşada mövzu ər-arvadın həyatından bəhs edir. Belə ki, onların sosial vəziyyəti çətinləşir. Ona görə boşanmaq məcburiyyətində qalırlar. Amma bir-birlərini sevdiklərinə görə gizli-gizli görüşürlər. Çox maraqlı tamaşadır. Hər kəsi "Çarəsiz sərnişinlər" ə baxmağa dəvət edirəm".