Avtomobillər yeriməyə başlayır YENİLİK

9 Yanvar 2019 14:18 (UTC+04:00)

“Hyundai” şirkəti ilk yeriyən cihazının konsept videolarını yayımlayıb. SİA-nın xarici mətbuata istinadən yaydığı məlumata görə 5 futluq hündürlüyə dırmaşma mexanizminə sahib “Elevate” adlandırılan nəqliyyat vasitəsi düz səthdə bundan daha böyük məsafəni qət edə biləcək.

Təbii fəlakətlərdə, xilasetmə əməliyyatları üçün təkmilləşdirilən konsept imkan verir ki, xilasedicilər qəza hadisəsinin qalıqlarını arasında gəzişmək əvəzinə, zərərçəkmişləri birbaşa hadisə yerindən uzaqlaşdırsınlar.

“Elevate” həmçinin, insanları qüsursuz və pilləkənə ehtiyac duymadan evlərinə ötürməyi də bacarır.

Hyundai şirkəti, “Elevate” cihazını gələcəyin nəqliyyat vasitəsi kimi görür.

Lakin hələlik, cihaz sadəcə konsepsiya mərhələsindədir.

Mirçingiz Ağazadə