Gürcüstanda xəstəxanalar "donuz qrip"inə görə karantin elan edib

9 Yanvar 2019 09:09 (UTC+04:00)

Gürcüstanda son 1 ayda “Donuz qripi” qurbanlarının sayı 13 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, H1N1 virusunun yayılması səbəbi ilə ölkədə bütün böyük miqyaslı klinikalarda karantin elan edilib.

Ən son məlumatlara görə, laboratoriyada 162 virus hadisəsi təsdiqlənib, 13 nəfər isə ölüb.

Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidze jurnalistlərə açıqlamasında isə bildirib ki, yalnız 10 nəfərin H1N1 virusundan öldüyü təsdiqlənib. Səhiyyə Nazirliyi hesab edir ki, ölümün əsas səbəbləri xəstələrin həkimə gec müraciət etməsidir.

Nazirlik bütün vətəndaşlara mövsümi vaksinasiyaya, gigiyena qaydalarına əməl etməyə çağırmaqla yanaşı, qripin simptomlarının müşahidə zamanı dərhal xəstəxanalara müraciət etməyə dəvət edir.