Yalan qazanında qovrulanlar

7 Yanvar 2019 18:21 (UTC+04:00)

Düşünüb, cavab axtarmağa ehtiyac da yoxdur. Çünki erməniyə xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Bəs o zaman ermənilərlə dostluq edən "Milli Şura"çılar kimdir? Bax, bu yerdə də nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir: Vətən daşına dönük çıxanlar, "Milli Şura" deyilən satqınlar "kadrosu" olan yalan və böhtan qazanıdır. Bu satqınlar "kadrosu" olan "Milli Şura" hələ də anlamır ki, Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır, millətin doğulduğu, qədəm qoyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən gözümüzün dünyada ilk olaraq gördüyü torpaqdır.

Bax, bu reallıqları görməkdə kor olan satqın "kadronun" rəhbəri AXCP sədri Əli Kərimli və onun yetirmələri Cəmil Həsənli, Gültəkin Hacıbəyli... kimi ünsürlərin sifətləri o qədər sürtülüb ki və elə zənn edirlər ki, hay-küy salmaq güclü olmaqdır. Ay qardaş, nə vaxdan hay-küylə nəyəsa nail olmaq olub? Heç olmasa, bu yaşınızda anlayın ki, ölkəmizi müstəqillik yolundan, güc və qüdrətli olmaqdan döndərmək mümkün deyil. Ona görə ki, Azərbaycan adlı gəminin güclü və bacarıqlı kapitanı var.

Elə bu yerdə rəhmətlik Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin Əli Kərimliyə aid olan bir fikri yadıma düşdü: "Əbülfəz Elçibəyə xəyanət edənlərin hamısı cəzalandırılıb. Yalnız bir nəfər cəzasız qalıb... Onun da xəbəri gələcək".

Sonra da əlavə edərək deyib: "Kimdir o bir nəfər? Əlbəttə ki, satqın, xəyanətkar pis adam Əli Kərimli! Sirr deyil ki, günahkarlar əvvəl-axır öz cəzalarını alırlar. Onun da xəbəri gələcək".

Bax, gec-tez hər bir cinayətkar qanun qarşısında cəzasını alacaq. Çünki antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdləri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməz!

Bir sözlə, bu yerdə "qozbeli qəbir düzəldər" atalar sözü AXCP sədri Ə.Kərimlidən çoxdan yan keçib. Bax, budur, AXCP sədri Ə.Kərimlinin iblis oyunu. Çünki tarix və onun canlı şahidləri Ə.Kərimlinin iblis xislətli hiylələrini heç vaxt unutmayacaq.

RƏFİQƏ