2018-ci ildə 89 veb resursu hacker hədəfinə çevrilib

29 Dekabr 2018 10:41 (UTC+04:00)

CYBERO Kibertəhlükəsizlik Mərkəzi 2018-ci il üzrə .az zonası üzrə kiber hücumların monitorinqini apararaq onların analizini aparıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, əldə edilən məlumatlar əsasında aparılan monitorinqə əsasən 2018-ci il ərzində ".az" zonalı internet informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 89 veb resursa hacker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.

Hücum olunan veb resursların analizi göstərir ki, onların 25-i informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 54-ü isə server sazlamalarının düzgün qurulmaması nəticəsində hackerlərin hədəfinə çevrilib. Analizlər eyni zamanda bu verb resursların 12-sinin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazimi tədbirlərin görülməməsi faktını ortaya çıxarıb. Hücum həyata keçirilən saytların Host olunmasının ölkələr üzrə 10%-i Azərbaycan, 40%-i ABŞ, 15%-i Almaniya, 10%-i Rusiya, 10%-i Türkiyə, 15%-i isə digər ölkələrin payına düşür.

Hücumların 68%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO bir daha "shared hosting"istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir! Kiber Hücumların qurbanı olmamanız üçün, CYBERO Kibertəhlükəsizlik Mərkəzi sizə informasiya resurslarınızdakı boşluqların analizi üçün audit/pentest, kiber hücumların tədqiqi kimi xidmətlərini, o cümlədən sahə üzrə "Secure Programming", "WhiteHat Pentester", "System Administrator" kimi təlimlərini təklif edir! CYBERO Kibertəhlükəsizlik Mərkəzi Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə təbrik edir sizə Yeni ildə hücumlardan uzaq, təhlükəsiz və uğurlu günlər arzulayır!