Bakıda 159,8 milyon manatlıq elektrik avadanlıqları istehsal olunub

29 Dekabr 2018 12:35 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,8 milyon manatlıq məhsul istehsal olunub. SİA Bakı Şəhər Statistika İdarəsindən verilən xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,1 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 70,8 faiz artıb.