Dünyanın ən böyük Yeni il şarı

24 Dekabr 2018 09:01 (UTC+04:00)

Dünyanın ən böyük Yeni il şarı Dubayda asılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 6.6 metr hündürlüyə, 1 tondan artıq çəkiyə malik olan bayram şarı əyləncə və ticarət mərkəzi olan "The Dubai Mall"-da asılıb.

Soyulmuş naringə oxşar bayram şarının quraşdırılması iki gecə vaxt tələb edib. Onun üzərində 15 nəfər əziyyət çəkib.

Dünyanın ən böyük Yeni il şarı artıq Ginnesin Rekordlar kitabına daxil olub.