ADNSU-da könüllü qanvermə aksiyası keçirilib

19 Dekabr 2018 18:06 (UTC+04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. ADNSU-dan SİA-ya bildiriblər ki, ali məktəbin əməkdaşları ilə yanaşı, tələbələr də qana ehtiyacı olan insanlara kömək üçün bu humanist tədbirə qoşulublar.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı müəyyənləşdirilib.

Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiyadan əziyyət çəkənlərin müalicəsinə sərf olunacaq.