Erməniləşən xəyanətkar Aslan İsmayılov

19 Dekabr 2018 14:52 (UTC+04:00)

Adətən, zəif və cılız canlılar böyük rəqibləri ilə geniş məkanda savaşmaqdan çəkinər. Yalnız özlərinin sığa biləcəyi dar deşiklərdə gizlənib, rəqiblərini də ora çəkməyə çalışırlar. Necə ki, siçovullar girdikləri yuvalarını əli keçə bilməyən pişiklərə meydan oxuyurlar. Görünür, Aslan İsmayılov da öz adı ilə elə zənn edir ki, "aslan"dır, amma anlamır ki, heç həşarat da deyil. Zaman-zaman erməni yarlığı ilə gəzən və başdan-ayağa saxtakar olduğu halda həftə səkkiz, mən doqquz, başlayıb yenə də dövlətə və xalqa böhtan yağdırmağa. Çünki o, ermənidən betər erməni olmaqla yanaşı, milli, dini mənsubiyyəti onun damarında axan qanı da belə erməni qanıyla eynidir. Əgər belə olmasaydı, Kremlə nökərçilik edən "vəkil" hələ Sumqayıt hadisələri dövründə azərbaycanlı gəncləri həbsə atdırmazdı. Bu gün bu xəyanətkar, erməniləşmiş "vəkil" ermənilərlə bir yerdədir. Özü də təkcə bu gün də yox, 1988-ci ildə, məşhur Sumqayıt hadisəsində də ermənilərin yanında dayanaraq, Azərbaycan övladları barədə hökm çıxarırdı.

Və yaxud da erməniləşən "vəkil" Aslan İsmayılov artıq bir neçə gündür ki, sosial şəbəkələrdə "psixoloq" Nərmin Şahmarzadənin qəhrəman şəhidimiz Mübariz İbahimovla bağlı yazdığı məlum və ictimaiyyətdə hiddət doğurmuş statusuna dəstək göstərib. "Facebook" sosial şəbəkəsində N.Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "qatil" və "cani" adlandırmasına qarşı çıxan azərbaycanlıları "vətənşivən" adlandıran A.İsmayılov, bununla sübuta yetirib ki, xəyanətkar olmaq üçün heç də yaş fərqli rol oynamır.

Elə bu faktın özü A.İsmayılovun əsl kimliyindən xəbər verir. O, ən azı mənəviyyat baxımından erməni xislətlidir. Erməniləri müdafiə edə-edə, onların yanında dayana-dayana ermənilər kimi özü üzərində yazıqlıq, haqsızlığa məruz qalmışlıq imici yarada-yarada siyasi və maddi dividend toplayır, mal-dövlət yığır.

Ancaq artıq belə bir xəyanətkarın xalq və dövlət maraqlarımıza qarşı törətdikləri çoxsaylı xəyanətlərinin cavabının verilməsi zamanı çatıb. Bu baxımdan, A.İsmayılov əlahəzrət qanun qarşısında cavab verəcəyi gün elə də uzaqda deyil.

RƏFİQƏ