Qırğızıstan da Belarusun namizədinə dəstək verdi KTMT məsələsində

19 Dekabr 2018 12:54 (UTC+04:00)

Qırğızıstan KTMT-nin baş katibliyi postuna Belorusun təhlükəsizlik şurasının dövlət katibi Stanislav Zasyanın təyin olunması təklifini dəstəkləyir. SİA İnterfax-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov bəyan edib.

“Bu il KTMT-yə sədrlik Qırğızısstana keçir, mən artıq Belorusun təhlükəsizlik şurasının katibini qəbul etmişəm, biz danışıqlar apardıq və qərarı imzaladım”, deyə qırğız prezident keçirdiyi mətbuat konfransında bildirib.

Jeenbekov əlavə edib ki, KTMT baş katibsiz qalmalı deyil: “Hesab edirəm ki, biz bu kimi mühüm və lazımlı təşkilatı baş katibsiz qoymalı deyilik”.