Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir

19 Dekabr 2018 11:04 (UTC+04:00)

Bakıda Azərbaycan Respublikasi Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə ilk öncə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.

Daha sonra nazir deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara dövlət dəstək verir: “Aqrar sahədə sahibkarlar bütün vergilərdən azaddırlar”.

Ş.Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) yaradılmasına diqqət çəkərək, biznesin inkişafı üçün qarşıdakı illərdə də tədbirlər görüləcəyini qeyd edib.