Oqtay Əsədov jurnalistlərə səsləndi "Fikirlər təhrif edilir"

18 Dekabr 2018 12:26 (UTC+04:00)

“Bəzən Milli Məclisə akkreditasiya olunmuş jurnalistlər iclasda səslənən fikirləri təhrif edirlər”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov deyib.

O bildirib ki, jurnalistlər diqqətli olmalıdırlar: “Bəzən fikirlər kontekstdən çıxarılır. Bu məsələlərdə diqqətli olmaq lazımdır”.