Pablo Nerudanın şeirlər kitabı işıq üzü görüb

18 Dekabr 2018 12:26 (UTC+04:00)

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Çili şairi, Nobel mükafatı laureatı Pablo Nerudanın “Ümidsizlik nəğməsi” adlı şeirlər kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA bildirilib ki, XX əsr dünya poeziyasının korifeylərindən sayılan Nerudanın əsərlərini dilimizə tanınmış şair-tərcüməçi Salam Sarvan çevirib.

Kitabın redaktoru Mahir Qarayevdir.