Erməni əsgəri başından güllə yarası alıb

18 Dekabr 2018 11:40 (UTC+04:00)

Erməni əsgər başından güllə yarası alıb. SİA xəbər verir ki, bu barədə shamshyan.com yazıb.

“19 yaşlı Andanik Ovanisyan başından aldığı güllə yarası ilə hospitala aparılıb”, deyə qeyd edilən məlumatda bildirilir ki, onun həyatı xilas olunsa da, reanimasiya şöbəsinə yerləşdirilib.

“Ovanisyan Ararat hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb”, məlumatda bildirilir.