Moskva Konservatoriyasında Azərbaycan musiqiçilərinin konserti olub FOTO

18 Dekabr 2018 10:38 (UTC+04:00)

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Əməkdar Artisti Fəridə Məmmədova (soprano) və pianoçu Yuliya Kərimovanın konserti olub.

SİA Nazirlikdən verilən xəbərə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan konsertdə Ü.Hacıbəyli, Q.Qarayev, F.Pulenk, M.Ravel, A.Semlinski, S.Prokofyev, D.Şostakoviç və digər bəstəkarların əsərləri səslənib.

Konserti sənətşünaslıq doktoru Rauf Fərhadov aparıb.