Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs olunub

18 Dekabr 2018 01:07 (UTC+04:00)

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın tutulub. "Report"un məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.