“Golden Boy” mükafatının qalibi müəyyənləşib

17 Dekabr 2018 15:26 (UTC+04:00)

“Tuttosport”un 21 yaşadək futbolçular üçün təsis etdiyi “Golden Boy” ("Qızıl oğlan") mükafatının qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, "Ayaks"ın müdafiəçisi Mateys de Liqt mükafatın sahibi olub. Hollandiya millisinin üzvü Trent Aleksander-Arnold ("Liverpul"), Castin Klyuvert ("Roma"), Vinisius Junior ("Real") və Patrik Kutroneni ("Milan") qabaqlayıb.

Qeyd edək ki, ötən il bu mükafata PSJ və Fransa millisinin üzvü Killian Mbappe layiq görülmüşdü.