“Ştutqart”ın kapitanının atası tribunada vəfat edib

17 Dekabr 2018 15:03 (UTC+04:00)

Almaniya Bundesliqasının 15-ci turunda bədbəxt hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə “Ştutqart" - "Herta" matçının final fiti səslənəndən dərhal sonra olub. Belə ki, oyunu canlı izləmək üçün stadiona gələn meydan sahibi komandanın kapitanı Kristian Qentnerin atası Herbert Qentner tribunada ölüb.

K.Qentner hadisədən xəbərsiz olduğuna görə, 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda televiziyaya açıqlama verib və paltardəyişmə otağına gedib. Ona atasının dünyasını dəyişməsi haqda paltardəyişmə otağına gələn qardaşı deyib.

Bu xəbərdən sonra “Ştutqart" klubunun saytında yas elan edilib, mərhumun nə səbəbdən vəfat etməsi bildirilmədən, futbolçuya və ailəsinə baş sağlığı verilərək sayt dondurulub.