İrandan Azərbaycana narkotik vasitələr keçirilməsinin qarşısı alınıb DSX (FOTO)

17 Dekabr 2018 12:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 12 dekabr tarixində “Astara” dövlət sərhədindən buraxılış məntə-qəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaş-ları tərəfindən İran İslam Respublikasından Azərbaycan Respub-likasına gələn İİR vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan “he-roin” aşkar olunaraq götürülmüşdür. Narkotik vasitənin sifarişçisi-nin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunma-sı məqsədilə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıblar.

13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla-rının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıblar.

13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlkəsiz-liyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində “Merse-des” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan AR vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Muxtar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıblar.

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılmışdır, zəruri əmə-liyyat-istintaq hərəkətləri həyata keçirilir.