Namiq Aygün haqda nələr danışdı? VİDEO

17 Dekabr 2018 13:16 (UTC+04:00)

Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanı "Altın kelebek" mükafatı alması münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, meyxanaçı bu haqda verilişlərin birində danışıb: "Bütün uğurlu işləri təbrik etməyə dəyər. Eyni zamanda dediyiniz məsələ də doğrudan qürurvericidir. Təbrik olunası gözəl bir işdir. Sadəcə, ad çəkmirəm ki, saytlar götürür lazımsız şeylər edir. Ona görə o mövzulara girmək istəmirəm. Təbi ki, Azərbaycanın adı yaxşı yerlərdə hallanırsa, bu, bizim fəxrimizdir".