“Beşiktaş” Pepe ilə müqaviləni ləğv edib

17 Dekabr 2018 11:25 (UTC+04:00)

Türkiyənin “Beşiktaş” klubu tanınmış futbolçusu ilə müqaviləni ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub müdafiəçi Pepe ilə vidalaşıb. Bildirilir ki, müqavilə futbolçu ilə qarşılıqlı razılaşma əsasında sonlandırılıb. İddialara görə, sözügedən futbolçunun yaşının və klubdan aldığı maaşının çox olması rəhbərliyin bu qərara gəlməsinə səbəb olub.

Qeyd edək ki, 35 yaşlı futbolçu 2017-ci ildən Türkiyə klubunun formasını geyinir.