Parisdə miqrantlar tələb irəli sürüblər

17 Dekabr 2018 10:57 (UTC+04:00)

300-ə qədər miqrant bazar günü axşam Parisdə fəaliyyət göstərən “Komedi Fransez” teatrının binasına daxil olaraq, teatrın direktorundan Fransanın daxili işlər naziri Kristof Kastanerlə görüşlərini təşkil etmək tələbini ediblər. SİA xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, insident yerli vaxtla təxminən 21:00-da baş verib. Pyesin nümayişi zamanı miqrantlar teatrın direktoru Erik Ryufla görüşmək istəyiblər və ondan DİN rəhbəri ilə görüşü təşkil etməyini istəyiblər. Miqrantların fikrincə, “Komedi Fransez”in direktorunun bunu etməyə mümkünlüyü var. Belə ki, onu direktor vəzifəsinə Fransa hakimiyyəti təyin edib. Bu baxımdan, miqrantlar görüşün baş tutacağı halda, nazirdən onlara çalışmaq hüququnun verilməsini istəyəcəkdilər. Onların birinci cəhdlərinin qarşısını teatrın mühafizəçiləri alsalar da, sonrakı cəhdlərində polislə qarşılaşmalı olublar. Polis miqrantları gözyaşardıcı qazdan istifadə edərək, hadisə yerindən uzaqlaşdırıb.