Dünyada cavan deputatların sayı artır HESABAT

14 Dekabr 2018 13:03 (UTC+04:00)

“Dünyanın parlamentlərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat ümumiyyətlə yoxdur”. SİA-nın xəbərinə görə, bu, Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında yayılmış hesabatda əksini tapıb.

Hesabata görə, 40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub, 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə 28.1 faiz təşkil edib: “Bütün yaş qruplarında, lakin dərəcələrdə kişi deputatların sayı qadınlardan çoxdur 41-50 yaş qrupunda kişilər qadınlardan təxminən 3 dəfə çoxdur, 61-70 yaş qrupunda isə bu rəqəm 5 dəfəyə yaxınlaşır. Aşağı yaş qrupunda (31-40 və 21-30) kişi deputatların sayı qadınlardan iki dəfə çoxdur”.