Məşhur model yeni ili keçmiş əri ilə qarşılayacaq

17 Dekabr 2018 04:02 (UTC+04:00)

"Uşaqların atası da bizimlə tətildə olacaq”.Türkiyənin məşhur modeli Çağla Şikel və keçmiş əri, müğənni Emre Altuğla istirahətə gedəcək.

Məşhur model Çağla Şikel alış-veriş mərkəzlərinin birində kameralara yaxalanıb. Model müxbirlərin suallarına cavab verərkən bu yeni il haqqında planlarından danışıb: "Bu yeni ili oğullarım, anam, bacım və mən Kapadokiyada qarşılayacağıq. Bu tətilin bizə yaxşı gələcəyindən əminəm. Uşaqların atası da bizimlə tətildə olacaq”.

Qeyd edək ki, Çağla Şikel və Emre Altuğ cütlüyü 7 illik evliliklərini 2015-ci ildə sonlandırıb. Onların bu evlilikdən iki oğulları var.