Bu çox fərdi məsələdir. Belə ki, biri saçlarını 1 həftə yumaya, bununla belə çox təmiz görünə, və ya əksinə, digəri 2 gündən bir yusa da çox çirkli görünə bilər. Buna görə də saçlarınızın yağlı və ya quru olduğunu təyin etməlisiniz.
Səhv 7: Saçınızı qaynar su ilə yuyursunuz
Qaynar su - sağlam saçların düşmənidir. O, saçların pulcuqlarını açaraq zədələyir.
Səhv 8: Saçlarınızı həmişə fenlə qurudursunuz
Saçları fenlə qurutmaq çox rahatdır. Amma burada bir məqam var. Saçlarınız tamam yaş olduqda onların təbii şəkildə qurumasını təmin edin. Saçlar artıq azacıq nəm hala gəldikdə onları fenlə qurutmaq olar.