NATO Müdafiə Kollecinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

13 Dekabr 2018 13:17 (UTC+04:00)

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaqlar.

Səfər çərçivəsində müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrini ziyarət edəcək qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti və qlobal təhlükəsizliyə verdiyi töhfəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında brifinqlər təqdim ediləcək.