Ankarada sürət qatarı qəzaya uğrayıb - - Ölənlər var- FOTOLAR (YENİLƏNİB)

13 Dekabr 2018 11:00 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Ankara-Konya marşrutu üzrə hərəkət edən qatarda qəza nəticəsində qatarın maşinisti və 7 nəfər sərnişin ölüb, 20 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Qəzanın baş vermə səbəbi hələ ki məlum deyil. Hadisənin digər təfərrüatları barədə isə məlumat verilmir.