“Liverpul”un futbolçusunun körpücük sümüyü sınıb

13 Dekabr 2018 11:12 (UTC+04:00)

İngiltərə Premyer Liqası təmsilçilərindən “Liverpul”un kamerunlu futbolçusu Coel Matip 1,5 ay yaşıl meydanlardan uzaq qalacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu haqda klub rəsmiləri açıqlama veriblər.

Bildirilib ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son oyunda “Napoli”ni 1:0 hesabı ilə məğlub etdikləri matçda zədələnən futbolçunun körpücük sümüyü sınıb. Əməliyyat ediləcək 27 yaşlı müdafiəçinina sağlamlığına qovuşması üçün isə 1,5 ay vaxt lazımdır.

Qeyd edək ki, ötən günlərdə “Liverpul”un digər müdafiəçisi Co Qomes də zəzədlənmişdi.