Vüsalə kimdən evlilik təklifi gözləyir? AÇIQLAMA-FOTOLAR

13 Dekabr 2018 11:02 (UTC+04:00)

Aparıcı-prodüser Vüsalə Kərimovanın ərə getdiyi deyilir. Buna səbəb aparıcının gəlinlik libasında sosial şəbəkədə fotolar paylaşması olub. SİA açıqlama verən Kərimova haqqında yayılan xəbərə aydınlıq gətirib: "Sosial şəbəkədə paylaşdığım şəkillər reklam şirkətlərinin biri üçün lentə alınıb. Ərə getmək məsələsinə qalınca isə hələ bu haqda fikirləşmirəm. Çünki mənə hələki evlilik təklifi edən bəy yoxdur. Mən real həyatda yaşamağı xoşlayıram. Ona görə mənə hansısa şəxs evlilik təklifi edərsə, öncə onun görnüşünə yox, xarakterinə önəm verərəm. Şou-biznes ailəmindən mənə evlilik təklifi gələrsə, qəbul edərəm. Yəni həmin şəxsin sənəti mənim üçün fərq etmir. Əsas odur ki, xarakterli bəy olsun".