Filarmoniyada Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib FOTOLAR

13 Dekabr 2018 09:44 (UTC+04:00)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

SİA-nın məlumatına görə, konsertdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə orkestrin və musiqiçilərin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Arif Məlikov və Tofiq Quliyevin əsərləri səsləndirilib.