Sabunçuda ev yanıb

13 Dekabr 2018 05:01 (UTC+04:00)

Bakıda 3 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata əsasən, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 95 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin döşəməsi 3 m² sahədə, 1 otağında yataq dəsti və döşəmə 1 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.