Yaya Ture “Olimpiakos”dan qovuldu

12 Dekabr 2018 06:02 (UTC+04:00)

Məşhur futbolçu Yaya Ture “Olimpiakos”dan qovulub. Bu barədə Pirey təmsilçisi xəbər yayıb. Bildirilib ki, oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Amma açıqlamada ayrılığın səbəbi haqqında məlumat verilməyib.

Qeyd edək ki, mövsümün əvvəlində “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Olimpiakos”a keçən Turenin Yunanıstan karyerası cəmi 3 ay çəkib.