“Gülxar Həsənova-100” adlı sərgi açılıb

10 Dekabr 2018 12:44 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr vermiş, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Gülxar Həsənova-100” adlı sərgi açılıb.

Kitabxanadan SİA bildirilib ki, sərgidə Azərbaycan və rus dillərində Xalq artisti haqqında yazılan kitab, qəzet və jurnal materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.