"Nikol Paşinyan ailəm haqqında alçaq yalanlar yaydırıb" Deputatlığa namizəd

9 Dekabr 2018 18:48 (UTC+04:00)

Ermənistanın Milli təhlükəsizlik xidmətinin (MTX) sabiq direktoru, Respublika partiyasından namizəd David Şahnazaryan adıçəkiləb güc sturkturunun hazırkı direktoru Artur Vanetsyanın “David Şahnazaryanın güc yolu ilə MTX-nə gətirilməsinə əsas yoxdur” bəyanatına cavab olaraq bildirib: “Cənab Vanetsyan haradan bilir ki, buna əsas var, ya da yoxdur, axı hər şeyi o deyil, Nikol Paşinyan həll edir”

SİA aysor.am-a istinadən xəbər verir ki, Şahnazaryana görə, MTX baş nazirin əmrlərini çox operativ yerinə yetirir.

David Şahnazaryanın jurnalistlərə müsahibəsi zamanı bir nəfər gənc müdaxilə edərək, “Yaşasın Nikol!” deyə qışqırıb.

“Nə vaxt ki, “Yaşasın Nikol” qışqırırsınızsa, bundan da yüksək səslə bağırın, belə olmaz”, Şahnazaryan reaksiya verib və qeyd edib ki, onun həmin vətəndaşa yazığı gəlir. “Mənim sənə yazığım gəlir, oğlan”, deputatlığa namizəd ona xitabən deyib.

O, həmçinin qeyd edib ki, Nikol Paşinyanın göstərişinə əsasən, onun özü və ailəsi haqqında kifayət qədər alçaq yalanlar yayılıb: “Bu yalanların bir hissəsini mən rədd edərək bəyan etmişəm ki, həmin yalanları yayan insanların ailələrinə xoşbəxtlik və sağlıq arzulayıram”.