Paşinyanın bloku seçki günü təbliğat aparır Daha bir pozuntu

9 Dekabr 2018 16:31 (UTC+04:00)

Ermənistanın Vayotsdzor vilayətinin Malışka kəndində fəaliyyət göstərən 36/29 saylı məntəqəsindən 10 metr kənarda Paşinyanın lideri olduğu “Mənim addımım” seçki blokunun təbliğatını əks etdirən plakat asılıb. SİA aysor.am-a istinadən xəbər verir ki, qanun pozuntusu ilə bağlı seçki komissiyasına məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib.