Çində 22 avtomobil zəncirvari qəzaya uğrayıb

9 Dekabr 2018 16:02 (UTC+04:00)

Çində 22 avtomobil zəncirvari qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı 5 nəfər ölüb, daha 18 nəfər xəsarət alıb.

Hadisənin başvermə şəraiti və ya səbəbi barədə məlumat verilmir. Polis ərazini əhatəyə alıb, araşdırma aparılır.