Türkiyədə gecə klubunda atəş açıldı

9 Dekabr 2018 14:36 (UTC+04:00)

Türkiyənin Dənizli şəhərinin Pamukkale qəsəbəsində gecə klublarının birində silahlı insident baş verib. SİA-nın verdiyi məlumata görə, müştəri ilə musiqiçilərdən biri arasındakı mübahisə qanlı bitib.

Belə ki, musiqiçi Seyhan mübahisədən sonra klubun mətbəxinə gedərək bıçaq götürüb və onunla mübahisə edən Mustafanı vurmaq istəyib. Bu zaman Mustafa əlindəki silahla onu və mətbəxdəki Heydər Varana atəş açıb.

Sinəsindən ağır yaralanan xəstəxanada dünyasını dəyişib. Ayağından yaralanan Seyhanın müalicəsi isə davam etdirilir.

Hadisə yerindən qaçan Mustafa qısa zaman ərzində saxlanılıb.