Tramp Ağ Evin aparat rəhbərinin istefa verəcəyini açıqlayıb

9 Dekabr 2018 11:17 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Ağ Evin Aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, Tramp Con Kellinin ilin sonunda postundan gedəcəyini deyib: “Biz Conun yerinə gələcək şəxsin adını elan edəcəyik. Həmin şəxs bu vəzifəni müvəqqəti də idarə edə bilər. Mən bunu yaxın 1-2 gün ərzində elan edəcəm. Mən onun (Conun) xidmətinə çox dəyər verirəm”.